CƏMİYYƏT


Amerikalı seysmoloqlar yerli mütəxəssislərə təlim keçəcəklər

Bakı, 12 iyun, AZƏRTAC

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən başlanılan Azərbaycan ərazisində seysmotomoqrafiya işləri ilə bağlı amerikalı seysmoloqlar - ABŞ-ın E.Lourens adına Livermor Milli Laboratoriyasının əməkdaşları- professor Rengin Gök və professor Andrea Çiang, eləcə də Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Azərbaycana gəliblər.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlar RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb, Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına dair müzakirələr aparıblar.

Səfər çərçivəsində amerikalı seysmoloqlar yerli mütəxəssislərə Azərbaycan ərazisinin seysmik küy tomoqrafiyası ilə öyrənilməsi metodları və Mw maqnitudasının hesablanmasının yeni üsullarına dair təlim keçəcəklər.

Kanadanın Geologiya Xidmətinin professor Tuna Onur isə seysmik riskin öyrənilməsi ilə bağlı proqramları və onun iş prinspini təqdim edəcək. Həmçinin bu sahədə yeni yanaşma metodu da müzakirə olunacaq.

Xatırladaq ki, Azərbaycan ərazisində seysmotomoqrafiya işləri ilk dəfə mərkəz tərəfindən aparılacaq və bununla bağlı respublika ərazisində daimi seysmik stansiyalarla yanaşı, müvəqqəti seysmik stansiyalar vasitəsilə müşahidələr aparılmasına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.