İDMAN


Amerikalı üzgüçü “Rio-2016”da 21-ci Olimpiya çempionluğunu bayram edib

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Olimpiya Oyunları tarixinin ən titullu idmançısı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, ABŞ-dan olan üzgüçü Maykl Felpsdir. İki yüz metr məsafəni hamıdan tez üzməklə birinci qət edən M.Felps “Rio-2016”da qızıl medal üzrə şəxsi rekordunu ikinci dəfə yeniləyib. O, yarışın ilk günündə sərbəst üsulla 4x100 metr məsafəyə estafet yarışında da birinci yeri tutub. Hazırda Felpsin Olimpiya Oyunları aktivində 21 qızıl medal var.

Titullu atlet karyerası ərzində beş, buna qədər isə dörd - Sidney, Afina, Pekin, London Yay Olimpiya Oyunlarının mükafatçısı olub. Amerikalı idmançı nailiyyətlərinin sayına görə, ən mötəbər idman yarışı tarixində mütləq rekordçudur.

Onun hesabında 25 medal – 21 qızıl, 2 gümüş və 2 bürünc medal var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.