REGİONLAR


Amerikanın “MATUTO” musiqi qrupu Gəncədə konsert verəcək

A+ A

Gəncə, 22 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Sentyabrın 29-da “Gəncəçay” park–bulvar kompleksində Amerikanın “Matuto” musiqi qrupunun konserti olacaq.

AZƏRTAC xəbər verir ki, Cənubi Amerika xalq musiqisi ənənələrini və Braziliya rəqs musiqisinin caz ritmlərini özündə birləşdirən qrup musiqisevərlər üçün canlı və coşqun mikslər nümayiş etdirəcək, tamaşaçıları rəqsə dəvət edəcək.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəvəti ilə ölkəmizə gələn “MATUTO” musiqi qrupunun Gəncə şəhərində ustad dərsləri və təqdimatları da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.