MƏDƏNİYYƏT


Əminə Fiqarova və qrupu İngiltərədə caz festivalında çıxış edəcək

Bakı, 11 iyun, AZƏRTAC

İyulun 14-dən 16-dək İngiltərədə Suonec Caz Festivalı (Swanage Jazz Festival) keçiriləcək.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, həmvətənimiz, bəstəkar-pianoçu Əminə Fiqarova və qrupu iyulun 15-də caz festivalında çıxış edəcək. Bu barədə məlumat musiqiçinin saytında da yer alıb.

Əminə Fiqarova özünü ABŞ-da doğrultmuş azsaylı Azərbaycan bəstəkar-pianoçularındandır. Onun caz pianoçusu kimi özünəməxsus ifa üslubu var. Yaratdığı “Sekstet” qrupu caz musiqisinin təbliği ilə yanaşı, öz rəhbərinin yeni üslubunun carçısıdır. Həmvətənimiz çoxsaylı festivallarda Uinton Marsalis, Herbi Henkok, Deyv Holland, Terens Blançard və digər tanınmış ifaçılarla çıxış edib.

Əminə və qrupu indiyədək 13 albom buraxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.