Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əmlak Komitəsi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Memorandum imzalanıb

‪Bakı, 20 iyun, Elvira Məmmədova, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənəd iyunun 20-də komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində ƏMDK-nın sədri Kərəm Həsənov və Dövlət Agentliyinin sədri İnam Kərimov tərəfindən imzalanıb. Memorandum iki qurum arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda, “ASAN xidmət” vasitəsilə birgə özəlləşdirmə, hərraclar, komitə tərəfindən göstərilən digər xidmətlər sahəsində yeni layihələrin reallaşdırılması, iki qurum arasında mümkün məlumat bazalarının inteqrasiyasının həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri əksini tapıb. Həmçinin sənəddə xidmətlərin keyfiyyətinin, səmərəliliyinin artırılması üçün tərəflərin həyata keçirdiyi müxtəlif layihələr, göstərilən xidmətlər zamanı Dövlət Agentliyinin “Master 2” layihəsi çərçivəsində könüllülərin cəlb edilməsi, toplanmış məlumatların müasir çağırışlara uyğun təhlili və hesabatların hazırlanması üçün işçi qrupunun yaradılması və digər əməkdaşlıq istiqamətləri qeyd edilib.

Komitə sədri Kərəm Həsənov bildirib ki, Prezident İlham Əliyev modern və çevik idarəetmənin təmin edilməsi ilə bağlı dövlət orqanlarına mühüm tapşırıqlar verir. Bu tapşırıqların icrası ilə əlaqədar yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xidmətlərin yeni üslubda çatdırılması istiqamətində Azərbaycan brendinə çevrilib. ƏMDK da aparılan islahatlara uyğun ardıcıl tədbirlər görür. Sədr qeyd edib ki, komitə ilə “ASAN” xidmət arasında imzalanan memorandum ikitərəfli əməkdaşlığın genişlənməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Memoranduma əsasən tərəflərin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi üçün geniş platforma yaradılır. İmzalanan sənəd göstərilən xidmətlər zamanı könüllülərin cəlb edilməsinə, ixtisaslı kadrların hazırlanmasına və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan verəcək.

Kərəm Həsənov, həmçinin vurğulayıb ki, dövlət başçısının tapşırıqlarından irəli gələrək, ƏMDK da fəaliyyət istiqamətləri üzrə innovasiyaların tətbiqini genişləndirməklə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı işləri sürətləndirir. Sistem vasitəsilə müxtəlif sahələrdə effektiv və operativ idarəetmə, səmərəli fəaliyyət üçün zəruri olan dolğun, etibarlı və çevik xarakterli elektron məkan məlumatlarından istifadə imkanları artırılır.

Fəaliyyət istiqamətlərini optimallaşdıran elektron xidmətlərin sayı da çoxaldılıb. Hazırda komitənin fəaliyyət sahələri üzrə 32 elektron xidmət və 3 SMS, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Statistikaya görə, komitə tərəfindən göstərilən elektron xidmətlərdən 700 minə yaxın vətəndaş istifadə edib.

Komitənin innovativ layihəsi olan daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışların və daşınmaz əmlakla bağlı arxivlərin elektron müstəviyə keçirilməsi, vətəndaşlara əmlaklar üzərində çıxarışların elektron formatda təqdim olunmasını mümkün edib. Bununla əhali öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə bilir.

Qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablamaya imkan verən yeniliklərdən biri Əmlakın qeydiyyatı kalkulyatoru olub. Bundan başqa qeydiyyat sahəsində optimallıq, operativlik nəzərə alınaraq “bir pəncərə” prinsipi də tətbiq edilir. “Bir pəncərə” prinsipinin tətbiqi ilə kadastr məsələləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqlara dair rəylərin verilməsi məsələləri öz həllini tapır.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində innovasiyaların tətbiqi ilə yanaşı, ardıcıl sosial layihə olan “Kütləvi çıxarış” kampaniyası keçirilir və mobil ofis xidmətləri göstərilir. Komitə tərəfindən cari il ərzində paytaxt və regionlar üzrə 12 kampaniya keçirilib. Ümumilikdə mobil ofis vasitəsilə isə 200 minə yaxın vətəndaşa qeydiyyat və bir sıra xidmətlər göstərilib.

Komitə müasir çağırışlara uyğun olaraq özəlləşdirmə sahəsində fəaliyyətini təkmilləşdirərək Özəlləşdirmə portalı yaradıb. Ümumilikdə portaldan istifadə edənlərin sayı 700 minə yaxındır. Bundan əlavə, komitə tərəfindən ümumilikdə 40-a yaxın açıq və şəffaf hərrac keçirilib. 1100-dən artıq əmlak hərraclarda özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan əmlaka sifariş verilməsi və iştirak proseduru da elektron qaydadadır.

ƏMDK özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan “Elektron hərrac”ı istifadəyə verib. İnkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq tətbiq olunan sistem dövlətə məxsus daşınar əmlakın özəlləşdirilməsini həyata keçirir. “Elektron hərrac”da gələcəkdə bütün növ əmlakların özəlləşdirilməsi mümkün olacaq.

Komitə beynəlxalq təcrübəyə uyğun Ünvan Reyestri İnformasiya Sistemini də yaradıb. Bu günədək qüvvədə olan "bina ünvanı konsepsiyası"ndan "giriş ünvanı konsepsiyası"na keçid edilib. Həmçinin Ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaradılıb. ƏMDK “AzNav” ölkənin ilk rəsmi Naviqasiya Sistemini istifadəyə verib. Sistemin 80 minə yaxın istifadəçisi var.

Dövlət Agentliyinin sədri İnam Kərimov xidmətlər sahəsində innovativ layihələrin icrasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirib ki, bu əməkdaşlıq vətəndaş məmnunluğunun yüksəldilməsinə, xidmətlərə əlçatanlığın artırılmasına yönəlib.

Tədbir çərçivəsində ASAN könüllüləri ilə görüş keçirilib. Qeyd edək ki, göstərilən xidmət zamanı könüllülərin cəlb edilməsi, onların potensialından səmərəli istifadə edilməsi əsas prioritetlərdəndir.

İştirakçılar Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki yeniliklər, daşınmaz əmlakın qeydiyyatının optimallaşdırılması və yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sisteminin vahid mərkəzdən idarə edilməsi imkanları, proqram təminatları və bu sahədə tətbiq edilən innovasiyalarla tanış olublar. Müasir çağırışlara əsasən yaradılan “Əmlakın qeydiyyatı kalkulyatoru”, “Elektron çıxarış”, “Elektron hərrac”, “AzNav” Naviqasiya sistemi kimi layihələr və onların istifadə qaydaları əyani olaraq nümayiş etdirilib. Xidmətləri operativ olaraq çatdırılmasını təmin edən bu yeniliklərin iş prinsipi canlı olaraq izlənilib. Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı görülən işlər də nümayiş olunub. Məlumat verilib ki, mərkəzdə daşınmaz əmlak, torpaq idarəçiliyi üzrə toplanan geoməkan məlumatları Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında baza rolunu oynayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib