İQTİSADİYYAT
Əmlak Komitəsi yerli və xarici sahibkarları dövlət əmlakının özəlləşdirilməsində iştirak etməyə çağırır
Bakı, 8 iyun, Sevda Cəfərova, AZƏRTAC
Ötən ilin avqust ayından etibarən indiyədək dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 35 hərrac keçirilib.
AZƏRTAC xəbərə verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Azərbaycan-Avropa İttifaqı biznes-forumunda söyləyib.
Onun sözlərinə görə, bu hərraclarda 1100-dən çox əmlak hərraca çıxarılıb.
“Azərbaycanda səhiyyə, turizm, ictimai iaşə və digər sahələrdə böyük obyektlər hərraca, investisiya müsabiqəsinə çıxarılır. Mən yerli və xarici sahibkarları bu obyektlərə investisiya qoymağa çağırıram. Bu obyektlərə investisiya qoyan sahibkarlarla güzəştlər barədə danışıqlara hazırıq. Sahibkarları bu obyektlərə investisiya qoymağa və məhsul istehsal etməyə çağırıram", - deyə R.Cəlilov söyləyib.