İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsi ictimai təqdimat keçirəcək
Bakı, 6 mart, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsinin təşəbbüsü ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində “Daşınmaz əmlakla bağlı SMS xidmətləri: rahatlıq və çevikliyin təminatı” mövzusunda ictimai təqdimat keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsində AZƏRTAC-a bildiriblər ki, tədbiri keçirməkdə məqsəd komitənin fəaliyyət sahələrində şəffaflığın səviyyəsini daha da yüksəltmək, xidmətlərdə rahatlığı, əlverişliliyi və operativliyi təmin etmək, eyni zamanda sosial məmnunluğu artırmaq üçün istifadəyə verilən SMS xidmətləri, bu xidmətlərin vətəndaş-məmur təmasının sıfıra endirilməsi və vaxt itkisinin qarşısının alınmasında rolu barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbir martın 10-da saat 10:30-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (ünvan: Hüseyn Cavid prospekti, 31) təşkil ediləcək.