Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əmlak Məsələləri Dövlət Komitəsi ötən ili yeniliklərlə başa vurub

Əmlak Məsələləri Dövlət Komitəsi ötən ili yeniliklərlə başa vurub

Bakı, 30 yanvar, AZƏRTAC 

Əmlak Məsələləri Dövlət Komitəsində 2014-cü ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov görülmüş işləri xatırladaraq ilin uğurlu olduğunu bildirib. Komitə hüquqi maarifləndirmə, aşkarlıq, optimal daşınmaz əmlak idarəçiliyinin və göstərilən xidmətlərdə yüksək keyfiyyətin təmin olunması istiqamətində ardıcıl tədbirləri davam etdirib.

Kərəm Həsənov vurğulayıb ki, 2014-cü ildə komitənin fəaliyyətində əsas istiqamət informasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqini genişləndirmək, vətəndaşlara daha rahat və çevik xidmətlər təqdim etmək olub. Həyata keçirilən tədbirlər korrupsiya amilinin aradan qaldırılması, xidmət davranışının yüksəlməsi, vətəndaş-məmur ünsiyyətinin şəffaflaşması ilə nəticələnib.

Qeyd olunub ki, komitə ötən ildə mühüm sosial yenilikləri tətbiq etməklə bir sıra uğurlara imza atıb. Fəaliyyət sahələri üzrə elektron xidmətlər, daşınmaz əmlakın qeydiyyatında tətbiq edilən yeniliklər, Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi, kadastr sisteminin inkişafı komitənin mühüm nailiyyətləridir.

Komitə sədri 2014-cü ildə tətbiq edilən iki mühüm yeniliyə diqqət çəkib ki, bunlar “onlayn” və mobil ofis xidmətləridir. Bildirilib ki, “onlayn” xidmətlərin və ölkə üzrə mobil ofis xidmətlərinin göstərilməsi şəffaflığın yüksəlməsini, rahatçılığı və vaxta qənaət olunmasını birbaşa təmin edib. Artıq vətəndaşlar ərazi qeydiyyat idarələrinə getməyərək daşınmaz əmlaka dair yüklülük arayışlarını (Forma-1) “onlayn” rejimdə əldə edirlər. Eyni zamanda, digər xidmət isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə malik olduqları daşınmaz əmlak barədə dövlət reyestrində olan məlumatı “onlayn” əldə etməyə imkan verir. Mobil ofislər isə qeydiyyat xidmətlərinin vətəndaşların və xüsusi sosial təbəqədən olan insanların ünvanına rahat və çevik şəkildə çatdırılmasını təmin edir.

Ölkə başçısının müvafiq fərmanına əsasən, komitə ötən ilin noyabrından “kütləvi çıxarış kampaniyası”na da start verib. Belə ki, vətəndaşların əvvəllər əldə etdiyi mülkiyyət sənədləri (mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri) dövlət reyestrindən çıxarışlarla əvəz olunur. Kampaniyanın mühüm üstünlüyü isə bu çıxarışların vətəndaşlara məhz mobil ofislər vasitəsilə yerlərdə təqdim olunmasıdır.

Vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması və onların hüquqi biliklərinin artırılmasından bəhs edərkən komitə sədri 2014-cü ildə respublika üzrə keçirilən maarifləndirmə tədbirlərini və “Açıq qapı” günlərini qeyd edib. Belə tədbirlərdə qeydiyyat və kadastr prosesinin praktik tərəfləri və prosedurları, qanunvericiliyin tələbləri izah olunub, qeydiyyatın sosial-iqtisadi səmərələri ictimaiyyətə çatdırılıb, vətəndaşların sualları cavablandırılıb. Ötən ildə Lənkəran, Mingəçevir, Şamaxı, Şirvan, Bərdə, Xaçmaz, Beyləqan, Abşeron və Sumqayıtda hüquqi maarifləndirmə tədbirləri və “Açıq qapı” günləri keçirilib.

Komitə sədri çıxışında dövlət başçısının daşınmaz əmlakın qeydiyyatı ünün tələb olunan sənədlərin siyahısını təsdiq edən, 13 yanvar 2015-ci il tarixli Fərmanına da toxunub. Bildirilib ki, bu fərmanla daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib. Bununla da, qeydiyyat prosesinin hüquqi dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib. Qeyd olunub ki, fərman ərazi qeydiyyat idarələrinin fəaliyyətinin səmərəliliyinə, çevikliyin və rahatlığın təmin olunmasına səbəb olub.

Müşavirədə vurğulanıb ki, komitədə fəaliyyətin müasirləşdirilməsi məqsədilə kompleks İKT tədbirləri davam etdirilir. Belə ki, ötən il hazırlanmış İKT strategiyası bu il uğurla tətbiq edilir. Hazırda daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır. Bu məqsədlə, hazırda Bakı şəhərində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin tikintisi davam etdirilir.

Daşınmaz əmlak idarəçiliyi, əmlakın qeydiyyatı, özəlləşdirmə və hərraclarla bağlı tətbiq edilən elektron xidmətlərin sayı ötən ildə artırılıb. 2014-cü ildə komitənin fəaliyyət sahələri üzrə 14 yeni elektron xidmətin yaradılması təmin edilib. Hazırda 4 informativ və 27 interaktiv olmaqla 31 elektron xidmət vətəndaşların istifadəsindədir. Qeyd olunan interaktiv xidmətlərə səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclarla bağlı e-xidmətlər aiddir. Bu xidmətlər sayəsində artıq dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlər elektron qaydada qəbul edilir. Dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair e-xidmətlər də fəaliyyət göstərir. Bütün elektron xidmətlər “Elektron hökumət” portalına inteqrasiya edilib. Ümumilikdə, indiyədək komitənin qurumlarına 158 mindən çox elektron müraciət daxil olub.

Müşavirədə bildirilib ki, Ünvan Reyestri İnformasiya Sisteminin Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində xüsusi sosial təbəqədən olan insanlar üçün ötən ildən tətbiq edilən mobil ofis xidmətləri üçün xüsusi avadanlıqlarla təchiz edilmiş 22 nəqliyyat vasitəsi alınıb. Hazırda paralel olaraq respublikanın bütün regionları üzrə mobil ofis xidmətləri göstərilir. Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 16 minə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.

Komitə 2014-cü ilin noyabr ayından daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına başlayıb. Kampaniya Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ və Şəkidə keçirilib və ümumilikdə 1600-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib.

2014-cü ildə vətəndaşların qəbulu və müraciətlərinin təmin olunması komitədə daim diqqətdə saxlanılıb. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən keçirilmiş 12 vətəndaş qəbulunda 400-ə yaxın vətəndaş qəbul edilib.

Ötən il ərzində də dövlət qulluqçularının etik davranış qaydalarına riayət olunması işi nəzarətdə saxlanılıb. Komitədə çalışan dövlət qulluqçuları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları”, “İnformasiya azadlığının təmin edilməsi” mövzusunda seminarlar keçirilib.

Fəaliyyət sahələri üzrə vətəndaşların sorğularının operativ cavablandırılması məqsədi ilə fəaliyyət göstərən komitənin aparatında 193, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 148 və Hərracların Təşkili üzrə Auksion Mərkəzində 566-07-44 nömrəli qaynar xətlər üzrə cəmi 4167 müraciət daxil olub.

Ötən ilin iyun ayında Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsinin müasir texnologiyalar əsasında dizayn və keyfiyyət baxımından təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib.

Beynəlxalq əməkdaşlıq sahəsində Dünya Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası, Almaniyanın KfW Bankı, İsveçrənin İqtisadi Əməkdaşlıq Katibliyi (SEKO), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Norveç Kadastr Təşkilatı, “Eurogeografics” təşkilatları ilə əməkdaşlıq davam etdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin iclasında, BMT-yə üzv dövlətlərin əmlak idarəçiliyi nazirlərinin görüşündə, Geoməkan Dünya Forumunda, habelə forum çərçivəsində təşkil edilmiş beynəlxalq konfransda iştirak edib. Bu ilin sentyabr ayında Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Almaniyanın daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsi qurumunun nümayəndə heyəti ilə görüşü keçirilib. Oktyabr ayında komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərində keçirilmiş Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin 75-ci sessiyasında iştirak edib.

Hesabat dövründə 5680-ə yaxın dövlət müəssisə və təşkilatı “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma”sını təqdim ediblər. Bunlardan 2400-dən çoxu elektron xidmət vasitəsilə təqdim edilib.

Komitənin sərəncamında olan dövlət müəssisələrindən 55-i və dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 205-i illik balans hesabatlarını təqdim ediblər.

Komitə sədri sonda qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarını səsləndirib. O, şəffaflığın və səmərəliliyin artırılması, müasir idarəetmə və nəzarət üsullarının tətbiqi, elektron xidmətlərin, mobil ofislərin genişləndirilməsi, etik davranış qaydalarına riayət olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tövsiyələr verib. Komitə sədri dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı sahələrində, elektron kadastr məlumat sistemi və ünvan reyestri sisteminin tətbiqində fəaliyyəti sürətləndirməyi tapşırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI