REGİONLAR


Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Ağdaşda vətəndaş qəbulunun tarixi dəyişdirilib

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Ağdaş rayonunda keçiriləcək növbəti vətəndaş qəbulunun vaxtı dəyişdirilərək noyabrın 26-na keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, qəbulda yalnız Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Ağdaş rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yalnız komitənin fəaliyyət sahələrinə aid müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və Komitənin Aparatının (012) 490 24 08 (daxili 105 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsinin (02233) 6-70-09 (02023) 5-41-71 nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.