REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin Füzuli rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Bakı, 5 iyun, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Füzuli rayonu Horadiz şəhərində iyunun 30-na nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilərək iyunun 16-na keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da Füzuli rayonu Horadiz şəhərində keçiriləcək. Qəbulda Füzuli rayonu ilə yanaşı, Beyləqan, Ağcabədi, İmişli, Cəbrayıl rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.
Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatından irəli gələn məsələlər, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və komitənin fəaliyyət istiqamətlərinə aid digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya komitənin Aparatının (012) 490 24 08 (daxili 105 və 349), komitənin 14 saylı ərazi şöbəsi: (2124) 6-35-31, 6-40-29, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin (02122) 5-33-67, (02631) 5-52-40 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Eyni zamanda, vətəndaşlar Salyan şəhəri T.Davudzadə küçəsi, 101, Beyləqan şəhəri, Az 1200 Məhəmməd Əsədov küçəsi, 9 və Horadiz şəhəri, Az 1900 Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edərək qəbula yazıla bilərlər.