REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaş qəbulu keçirəcək
Bakı, 17 noyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov noyabrın 25-də Ağdaş rayonunda vətəndaş qəbulu keçirəcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbulda yalnız Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Ağdaş rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yalnız komitənin fəaliyyət sahələrinə aid müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və Komitənin Aparatının (012) 490 24 08 (daxili 105 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsinin (02233) 6-70-09 (02023) 5-41-71 nömrələri ilə əlaqə saxlaya bilərlər.