REGİONLAR


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Oğuzda vətəndaş qəbulu keçirəcək

Bakı, 14 iyul, AZƏRTAC 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyulun 18-də Oğuz rayonunda vətəndaş qəbulu keçirəcək.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Oğuz, Şəki və Qax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulu saat 11:00-da Oğuz rayonundakı Milli Olimpiya Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi: (02420) 5 28 68, (02421) 5 37 16

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.