REGİONLAR


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaş qəbulu keçirəcək

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 28-də Sabirabad rayonunda vətəndaş qəbulu keçirəcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, qəbulda yalnız Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Saatlı rayonlarından və Şirvan şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və Komitənin Aparatının (012) 490 24 08 (daxili 105 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin (02121) 5-52-45, (02123) 5-62-47 nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.