REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin İmişli rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib
Bakı, 8 dekabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İmişli rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək dekabrın 13-nə keçirilib. Qəbulda İmişli, Ağcabədi, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbulda yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və Komitənin Aparatının (012) 490 24 08 (daxili 105 və 200), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin (02122) 5-33-41 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.