CƏMİYYƏT


Amnistiya Qərarının icrası uğurla başa çatdırılıb

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 2016-cı il 20 may tarixli Qərarının icrası vaxtında, düzgün, mütəşəkkil təşkil olunmaqla, qanunvericiliyə uyğun, pozuntu hallarına yol verilmədən, məhkumların ailə üzvlərinin və qohumlarının iştirakı ilə oktyabrın 15-də müvəffəqiyyətlə başa çatdırılıb. Amnistiya Qərarı ümumilikdə 10 min 868 nəfərə şamil edilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Amnistiya Qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunub, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb. Həmçinin 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onlar azad olunacaqlar. Azad olunan məhkumlardan 59-u qadın olub. Bu Qərar Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, 7 xarici ölkənin 55 əcnəbi vətəndaşına və vətəndaşlığı olmayan bir məhkuma da şamil edilib.

Cəzadan azad edilmiş şəxslərə müvafiq arayışlar təqdim olunub, onlara yardım göstərilib, əvvəlki daimi yaşayış yerləri üzrə icra hakimiyyəti və polis orqanlarına rəsmi məlumatlar göndərilib. Azad edilən xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan bir nəfər Dövlət Miqrasiya Xidmətinə təhvil veriliblər.

Amnistiya Qərarı ilə azad olunmuş məhkumlar və onları qarşılamağa gəlmiş qohumları, Azərbaycan Prezidentinə və bu humanist aktın qəbul olunmasına göstərdiyi təşəbbüsə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.