İQTİSADİYYAT


“Amrahbank” "Yubiley” kart məhsulunu müştərilərinə pulsuz təklif edir

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

“Amrahbank” 20 illik yubileyinə həsr edilmiş "Yubiley” kart məhsulunu müştərilərinə tamamilə pulsuz təklif edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, “Yubiley” kartlarını ilkin mədaxil məbləğini kart hesabına yerləşdirməklə əldə etmək olar. Bu kartı digər kartlardan fərqləndirən üstünlüyü odur ki, kart hesabının gündəlik qalığına manat kartları üzrə illik 5 faiz, USD/EUR kartları üzrə illik 3 faiz olmaqla gəlirlər hesablanır və toplanmış faizlər hər ayın 1-i hesaba köçürülür.

Bundan başqa, “Yubiley” kartlarında nağdlaşdırma faizi “Amrahbank” şəbəkəsi daxilində manat hesabı ilə açılmış kartlarda 0 faiz təşkil edir.

“Yubiley” kartlarının üstünlükləri bununla bitmir. Onlayn ödənişlər, ticarət obyektlərində və kommunal ödəmə nöqtələrində nağdsız ödənişlər, zaman və məkan məhdudiyyəti olmadan nağd vəsaitin əldə olunması, “SMS” xəbərdarlıq, “Card-to-card”, “Cash by code”, “Mobil” və “İnternet-bankçılıq”, “PİN Change”, “Master Card Money Send” və s. xidmətlər kart sahiblərinə geniş imkanlar yaradır.

“Yubiley” kartlarını əldə etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etməklə bankın istənilən filialına, şərtləri ilə daha yaxından tanış olmaq üçün bankın 987 Məlumat Mərkəzinə, www.amrahbank.az və ya www.facebook.com/amrahbank rəsmi internet səhifələrinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.