İQTİSADİYYAT


“Amrahbank”ın manat hesablı debet kartlarında nağdlaşdırma faizi “0” faiz təyin edilib

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

“Amrahbank”ın bütün manat hesablı debet kartlarında Azərbaycan Respublikasının ərazisində bank şəbəkəsi daxilində (bankomat və kassalarda yerləşdirilmiş POS-terminallarda) nağd vəsaitin çıxarılmasına görə komissiya haqqı “0” faiz təyin edilib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin üzvü olan “Amrahbank” müştərilərinə “Visa Elektron / Maestro”, “Visa Classic / MasterCard Sandard”, “Visa Gold / MasterCard Gold”, “Visa Platinum / MasterCard Platinum”, “Yubiley Kart”, “Neftçi Fankart” kimi müxtəlif növ debet kartları təklif edir.

“Amrahbank”ın debet kartları müasir, təhlükəsiz və bir çox üstünlükləri olan rahat bir maliyyə alətidir. Plastik kartlar vasitəsilə dünyanın istənilən nöqtəsində həm bankomatlardan nağd pul çıxarmaq, həm də otel, restoran, ticarət mərkəzlərində və mağazalarda nağdsız ödənişlər aparmaq mümkündür.

“Amrahbank”ın plastik kart məhsulları haqqında daha ətraflı məlumat əldə etmək üçün bankın 987 məlumat mərkəzinə, www.amrahbank.az/com və ya www.facebook.com/ amrahbank rəsmi internet səhifələrinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.