MƏDƏNİYYƏT
Amsterdamda hamının diqqəti Elnura yönəlib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov Avropa promoturu çərçivəsində Amsterdamda olub.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz müsabiqə öncəsi ən möhtəşəm tədbirdə - hər il keçirilən “Eurovision in Concert” əyləncəli gecədə iştirak etməyə dəvət olunub. Tədbirə 20-dən artıq müsabiqə iştirakçısı qatılıb.
Mətbuat konfransında hamının diqqəti azərbaycanlı ifaçıya yönəlib. Elnur həm yerli mətbuata, həm də ki, müsabiqəni işıqlandıran aparıcı medialara müsahibə verib.
Daha sonra “Melkweg” səhnəsində Elnur “Hour of the Wolf” müsabiqə mahnısını ifa edib və bununla zaldakı tamaşaçıları çox sevindirib.
Qeyd edək ki, təmsilçimiz mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrəli ifaçı kimi “Hour of the Wolf” mahnısını təqdim edəcək.
Elnur barədə son xəbərləri rəsmi səhifələrdə izləmək mümkündür: