MƏDƏNİYYƏT


“Ən Yeni il” konsert proqramına həsr olunmuş mediayarış elan edilib

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Bakı Olimpiya Stadionu dekabrın 31-də stadionda keçiriləcək “Ən Yeni il” konsert proqramına həsr olunmuş mediayarış elan edib.

AZƏRTAC xəbər verir ki, yarışa respublikada fəaliyyət göstərən bütün KİV-lər qatıla bilər. Belə ki, yarışın qaydasına əsasən, media nümayəndələri dekabrın 1-dən 20-dək sözügedən konsertlə bağlı məqalələrini, köşə yazılarını və videomateriallarını təmsil etdikləri mətbuat orqanlarında yerləşdirməli, istinad keçidlərini [email protected] elektron ünvanına göndərməlidirlər. Qalibin seçimi zamanı təqdim olunan materialların orijinallığı ilə yanaşı, kreativliyinə diqqət yetiriləcək.

Qalib olacaq media orqanının təmsilçisi konsertdə iştirak edəcək müğənnilərdən eksklüziv müsahibə almaq şansı əldə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.