DÜNYA


Ən çoxfunksiyalı smartfonların reytinqi açıqlanıb

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Mobil qurğuların məhsuldarlığının yoxlanılması üzrə ən populyar test hesab edilən “AnTuTu”nun yaradıcıları bazarda mövcud ən çoxfunksiyalı smartfonların yeni reytinqini dərc ediblər. “iPhone 7 Plus” smartfonu əvvəlki kimi liderdir.

AZƏRTAC “dni24.com” saytına istinadla xəbər verir ki, “Apple A10 Fusion” prosessoru ilə təchiz edilmiş 5.5 düymlük “iPhone 7 Plus” fableti 172644 xal toplayaraq reytinqdə birinci yeri tutub. Eyni çipsetlə təchiz edilmiş və 170124 xal toplamış “iPhone 7” qurğusu ikinci yerdə qərarlaşıb. Sonrakı yerdə 160856 xalla Çinin “LeEco Le Pro 3” aparatı gəlir. Bu aparat “Qualcomm Snapdragon 821” çipseti ilə təchiz edilib.

“Xiaomi Mi5s Plus” 153777 xal toplayaraq dördüncü, “Smartisan M1L” isə 149705 xalla beşinci yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.