DÜNYA


Ən erqonomik smartfon yaradılıb

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Müasir smartfonların istehsalı ilə məşğul olan şirkətlər elastik və ya tamamilə şəffaf displey yaratmaqla məşğul olduqları bir vaxtda “Echo” şirkəti məsələyə başqa istiqamətdən yanaşıb.

AZƏRTAC “fainaidea.com” saytına istinadən xəbər verir ki, “Echo” – insan qulağına uyğunlaşdırılmış smartfondur. Adi kvadrat və ya düzbucaqlı smartfonla müqayisədə “Echo” ilə danışmaq daha rahatdır, çünki smartfon qulaq üçün uyğunlaşdırılıb. Bundan başqa, telefonla danışarkən başqa iş görmək lazımdırsa, onda smartfonu çiynin köməyi ilə saxlamağa gərək yoxdur. Belə ki, onu qarnitura çevirərək qulağa taxmaq olar.

Smartfon qeyri-adi damcı şəkilli formaya malikdir, adi smartfonla müqayisədə qalın və kiçik ölçülüdür.

“Echo” da başqa smartfonlar kimi geniş funksional və sensor ekrana malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.