İDMAN


Ən güclü döyüşçülər Sumqayıtda müəyyənləşəcəklər

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 9-da Sumqayıt Olimpiya İdman Kompleksində qarışıq döyüş növləri (MMA) üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan MMA Federasiyasının vitse-prezidenti Etiqad Atakişiyevin AZƏRTAC-a verdiyi məlumata görə, yarışda 23 klubdan 100-dən çox idmançı mübarizə aparacaq. Ölkə birinciliyində səkkiz çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

E.Atakişiyev, həmçinin vurğulayıb ki, yarışın Sumqayıtda keçirilməsində səbəb MMA-ın paytaxtdan başqa şəhərlərdə də inkişaf etdirilməsinə dəstək olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.