DÜNYA


Ən sürətli sensorlu qələm istehsal olunub

Bakı, 24 may, AZƏRTAC

“Microsoft” korporasiyası “Surface Pro” istehsal xəttindən olan noutbukları yeniləyərək qurğunun beşinci nəslini təqdim edib. Ayrıca olaraq sensorlu ekrana malik noutbuklarla iş üçün uyğunlaşdırılan sensorlu qələm nümayiş olunub.

AZƏRTAC “Rambler” resursuna istinadən bildirir ki, mühəndis Stivi Batiçin sözlərinə görə, “Microsoft Surface Pen” qurğusu ilə korporasiya irəliyə böyük addım atıb. İndi qələm basılmanı daha yaxşı imitasiya edərək pero qələm və ya karandaş təsəvvürü yaradır. Həmçinin basılmadan cizgilərin qalınlığı asılı olur, qələm isə məlumatları kompüterə daha tez ötürür.

Məlumata görə, ekranda mürəkkəbin görünmə sürəti və çağırışa reaksiya vermə vaxtı 100 milli-saniyə təşkil edir. “Microsoft” nümayəndələrinin sözlərinə görə, bu, dünyada ən sürətli qələmdir. Məsələn, o, çağırışa reaksiya vermə baxımından əvvəlki nəsil qələmdən dörd dəfə sürətlidir. Həmçinin “Microsoft Surface Pen” sürətinə görə “Apple” şirkətinin oxşar “Apple Pencil” aksesuarını iki dəfə üstələyir. Qələm həm yeni, həm də köhnə “Microsoft” noutbukları ilə işləyəcək. Lakin köhnə model noutbuklarda qurğunun sürətinin zəif olacağı qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.