MƏDƏNİYYƏT


“Ən yeni ədəbiyyat” antologiyasına daxil ediləcək imzalar müəyyənləşib

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrə hazırladığı “Ən yeni ədəbiyyat” antologiyası redaksiya heyətinin növbəti toplantısı keçirilib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, toplantıda antologiyanın hazırlanması prosesində görülən işlər müzakirə edilib, heyət üzvləri – ədəbi tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, Rüstəm Kamal və mərkəzin elm, təhsil və mədəniyyət şöbəsinin müdiri, yazıçı-tərcüməçi Yaşar Əliyev, dil mütəxəssisi, yazıçı-tərcüməçi Etimad Muradov təqdim olunan nümunələrin bədii keyfiyyəti, dil və üslub xüsusiyyətləri və s. barədə fikirlərini bölüşüblər. Sonda kitabda yer alacaq müəlliflərin və bədii mətnlərin siyahısı müəyyənləşdirilib.

İclasın geniş mətni “Aydın yol” qəzetinin 16 sentyabr 2016-cı il tarixli nömrəsində dərc ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.