CƏMİYYƏT


“Ana bala” proqramı çərçivəsində silsilə tədbirlər keçirilir

Bakı, 23 iyun, AZƏRTAC

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının yaranmasının 20 illiyinə həsr olunan silsilə tədbirlərə başlanılıb.

Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, qurumun yubileyinə həsr edilmiş “Ana bala” proqramı tərtib edilib və onun çərçivəsində beynəlxalq kriteriyalarla təlimlər təşkil olunur.

Birinci təlim Quba rayonunda ağır forma hemofiliyalı uşaqlar üçün təşkil olunub. Təlimdə təşkilatın icraçı direktoru, Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov bildirib ki, hemofiliyalı uşaqlar doğulduğu andan, onların müalicəsi üçün damar daxili inyeksiyalara ehtiyac var. Buna görə hər hansı fəsadın və tez bir zamanda qanaxmanın qarşısının alınması zəruridir. Uşağın sağlam böyüməsi üçün profilaktik müalicə böyük əhəmiyyət kəsb edir. Qanı laxtalandıran faktor konsentratları dərman preparatları vasitələri evdə müalicə zamanı tətbiq olunmalıdır. Ona görə də valideynlərin damar daxili inyeksiyalar haqqında biliklərə yiyələnmələri vacibdir. Təlimlərdə valideynlərə mulyaj üzərində damar daxili inyeksiyaların qaydaları öyrədilib.

Qanın laxtalanmasında problemi olan uşaqların ağız boşluğunun sağlamlığı haqqında təqdimat keçirilib, elastik bintlə sarğının düzgün istifadə qaydaları haqqında məlumat verilib.

Təlim zamanı Milli QHT Forumunun “Psixoloji Araşdırma və Dəstək Mərkəzi”nin rəhbəri Vüsalə Xəlilovanın iştirakı ilə bir qrup analarla psixoloji seans keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.