CƏMİYYƏT


Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikasına dair təlimlərə başlanılıb

Bakı, 10 aprel, AZƏRTAC

"Anadangəlmə ürək qüsurlarının antenatal və neonatal dövrdə diaqnostikasında exokardioqrafiyanın əsasları. Yenidoğulmuşlarda və körpələrdə EXOKQ-nın aparılmasına dair praktikum" mövzusunda iki mərhələdən ibarət 20 günlük nəzəri və praktiki təkmilləşdirmə kursu öz işinə başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya və pediatriya kafedralarının, Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Respublika Uşaq Xəstəxanası və Rostropoviç-Vişnevskaya Fondunun dəstəyi və təşkilatçılığı ilə keçirilən kurslar pediatrik və neonatal kardioloq, pediatrik reanimatoloq, exokardioqrafiya ilə maraqlanan pediatr və neonatoloq, habelə neonatal və pediatrik kardiologiyaya dair biliklərini təkmilləşdirmək istəyən kardiocərrahlar və kardiologiya ixtisası üzrə təhsil alan sonuncu kurs rezidentləri üçün nəzərdə tutulub.

Yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək kursda anadangəlmə ürək qüsurlarının diaqnostikasında exokardioqrafiyanın tətbiqi, antenatal dövrdə (ana bətnində) ürək qüsurlarının diaqnostikası, yenidoğulmuşlarda exokardioqrafiya aparılması qaydaları, invaziv prosedurlar zamanı ondan istifadənin əsasları, sadə və mürəkkəb anadangəlmə ürək qüsurlarında müayinələrin aparılması alqoritmləri və digər mövzular müzakirə ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.