CƏMİYYƏT


Anadangəlmə ürək qüsurlarının müalicəsinə dair təlim təşkil olunub

Bakı, 7 noyabr, AZƏRTAC 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) pediatrlar, neonatoloqlar və reanimatoloqlar üçün anadangəlmə ürək qüsurlarının diaqnostikası və müalicəsinə dair ongünlük təlim keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə ADHTİ-nin, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisləri və beynəlxalq ekspertlər iştirak ediblər. Təlimdə uşaqlarda aritmiyaların diaqnostikası və müalicəsi, invaziv kardioloji müdaxilələr, eləcə də anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası və cərrahiyyə yolu ilə müalicəsi, ürək qüsuru ilə doğulmuş körpələrin intensiv terapiyası və reanimasiyasının əsasları və s. mövzularda müzakirələr aparılıb.

Mövzu üzrə növbəti təlim kursu 2017-ci ilin fevral ayında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.