İQTİSADİYYAT


Analitiklər: “Brent” neftinin qiyməti 50 dollardan aşağı düşə bilər

A+ A

Bakı, 26 oktyabr, Nihad Budaqov, AZƏRTAC

“Brent” markalı xam neftin bir barrelinin qiyməti ABŞ-da neft ehtiyatlarının artmasının təsiri ilə 50 dollar səviyyəsinə qədər geriləyib.

AZƏRTAC xəbər verir ki, Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatlara görə, ABŞ-da xam neft ehtiyatları keçən həftə 4,8 milyon barrel artaraq bazar proqnozlarını ötüb. Daha əvvəlki həftə isə neft ehtiyatları 3,8 milyon barrel azalmışdı.

Açıqlanan məlumatlar “Brent” neftinin bir barrelinin qiymətinin 51 dollardan aşağı düşməsinə səbəb olub. Bu gün isə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) neft ehtiyatları üzrə rəsmi həftəlik hesabatı açıqlanacaq.

Analitiklər “Brent”in qiymətinin 49,6 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 50,05 dollara, “Layt” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 49,21 dollara alıcı axtarır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.