İQTİSADİYYAT


Analitiklər: Neftin qiyməti 40 dollaradək ucuzlaşa bilər

Bakı, 16 iyul, Nihad Budaqov, AZƏRTAC

Analitiklər neftin qiymətinin 40 dollaradək ucuzlaşa biləcəyi qənaətindədirlər.

AZƏRTAC xəbər verir ki, neft qiyməti bu ilin əvvəlindən təxminən 2 dəfəyədək bahalaşıb. Buna səbəb isə ABŞ-da istehsalın aşağı düşməsi, həmçinin Nigeriya və Kanadanın neft hasilatında problemlərin aradan qaldırılması və “qara qızıl”a tələbin artması ilə olub. Lakin hazırda hasilatda yenidən artım müşahidə edilir. Ekspertlər isə neftin qiymətinin qlobal təklif çoxluğu və azalan tələbin təsiri ilə 40 dollar/barrelədək ucuzlaşa biləcəyini düşünürlər.

Qeyd edək ki, hazırda Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 46 dollardan, Londonun İCE birjasında “Brent” nefti isə 48 dollardan baha satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.