MƏDƏNİYYƏT


“Anamın kitabı” “Nur” yaradıcı gənclər  teatrının təqdimatında maraqla qarşılanıb

Bakı, 3 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə “Nur” yaradıcı gənclər teatrını təqdimatında S.Bəhlulzadə adına Mədəniyyət Sarayında C.Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Anamın kitabı” tamaşası təqdim edilib.

AZƏRTAC xəbər verir ki, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “Nur” yaradıcı gənclər teatrın təşəbbüskarı və bədii rəhbəri istedadlı gənc Nurel Kərim, quruluşçu rejissoru isə Nurlan Həsənzadədir.

Teatrın yaratdığı bu səhnə işi yaradıcılıq fəaliyyətində ilk addım olsa da tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

XX əsrin əvvəllərində qələmə alınmış bu əsər Azərbaycan cəmiyyəti haqqındadır. Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa, Vətən ətrafında birləşməyə çağırış, müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.