SİYASƏT


Anar Ələkbərov: Harada baş verməsindən asılı olmayaraq, terrorizm bəşəriyyətə qarşı cinayətdir

Bakı, 14 iyul, AZƏRTAC

Harada baş verməsindən asılı olmayaraq, terrorizm bütövlükdə bəşəriyyətə qarşı bir cinayətdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində deyib.

A.Ələkbərov ötən il iyulun 14-də Fransanın Nitsa şəhərində çoxlu sayda insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktının törədilməsindən söz açaraq, Azərbaycanın öz yaşadıqlarından terrorizmin, günahsız insanların həlak olmasının ağrı və acılarını yaxşı anladığını qeyd edib. “Ermənistan ordusu Azərbaycanın cəbhəyanı ərazilərində yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq təxribatlar törədir. On gün əvvəl Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində ikiyaşlı körpə Zəhra Quliyeva öldürüldü”, - deyə A.Ələkbərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısıdır və irqi, milli, dini ayrı-seçkiliyə qarşı prinsipial mövqe tutur. “Dövlətimiz dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir. Biz inanırıq ki, bütün xalqlar qüvvələrini səfərbər edərək təhlükəsizliyə, demokratik dəyərlərə, vətəndaş hüquq və azadlıqlarına hədə olan, günahsız insanları hədəfə götürən terrorizmin qarşısını almağa müvəffəq olacaqlar”, - deyə A.Ələkbərov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.