MƏDƏNİYYƏT


Anar Kərimov: Azərbaycanın multikulturalizm modelini beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirik VİDEO

Paris, 14 dekabr, AZƏRTAC

Multikulturalizmin uğurlu Azərbaycan modelini digər ölkələrlə bölüşmək niyyətindəyik.

Bu fikri AZƏRTAC-a müsahibəsində UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov deyib.

Parisdə UNESCO-nun baş qərargahında keçirilən “Müasir cəmiyyətlərdə multikulturalizmin rolu: uğurlu Azərbaycan modeli” konfransdan sonra verdiyi müsahibəsində o bildirib ki, bu tədbir Azərbaycan Prezidentinin 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli” elan etməsi ilə əlaqədar keçirilir.

O deyib: “UNESCO multukulturalizm dəyərlərinə, tolerantlıq dəyərlərinə böyük önəm verir, ona görə də bu konfransı bu təşkilatın baş qərargahında təşkil etməyi qərara aldıq. Bu gün ekstremizmin, radikalizmin, ayrı-seçkiliyin və irqçiliyin, dini və etnik dözümsüzlüyün, islamofobiyanın və terror aktlarının geniş yayıldığı dünyada multikulturalizmin müsbət təcrübəsini göstərmək istəyirik.

Azərbaycan multikulturalizm dəyərlərinə böyük önəm verir və onun bu sahədə müsbət təcrübəsi var. Müsbət dəyərləri olan Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu modelini UNESCO-nun baş qərargahında beynəlxalq ictimaiyyətə göstərmək istəyirik. Azərbaycanda müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri əsrlər boyu birgə mehriban ailə kimi yaşayıb. Biz Azərbaycanın bu modelini beynəlxalq ictimaiyyətə təqdim etmək niyyətindəyik”.

Anar Kərimov bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilib və Mədəniyyətlərarası Dialoqa dair “Bakı prosesi”nin əsası qoyulub. Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində zəngin təcrübəsi var və biz ölkəmizin bu təcrübəsini digər ölkələrlə bölüşməliyik.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.