İDMAN


“Anderlext”-“Qəbələ” görüşü avstriyalı hakimlər briqadasına həvalə olunub

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçirəcəyi oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Belçikanın “Anderlext” klubu ilə keçiriləcək səfər matçının baş hakimi Harald Lexner olacaq. Ona həmyerliləri Maksimilian Kolbitç, Andreas Heydenreyx kömək edəcəklər.

Köməkçi və dördüncü hakimlər də Avstriyanı təmsil edir.

Xatırladaq ki, “Anderlext”-“Qəbələ” matçı Brüsseldə “Konstant Vanden Stok” stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.