İDMAN


“Anderlext” komandası “Qəbələ” ilə oyunda 3:1 hesabı ilə qalib gəlib [YENİLƏNİB-3]

A+ A

Qarşılaşmanın sonuna yaxın – 90-cı dəqiqədə “Anderlext” komandası yenidən hesabda irəli çıxıb. Qonaqların sağ cinahdan yerinə yetirdikləri cərimə zərbəsindən sonra Massimo Bruno komandasının ikinci qolunu vurub. Lakin bu da oyunda son olmayıb. Matçın əsas vaxtına əlavə edilən hissənin 3-cü dəqiqəsində “Anderlext”in futbolçusu Lukaş Teodorçuk oyunda son nöqtəni qoyub – 1:3. 

 

20:53

Komandaların cəhdlərinə baxmayaraq, birinci hissənin qalan dəqiqələrində qapılara qol vurulmayıb və matçın ilk yarısı 1:1 hesabı ilə başa çatıb. 

 

20:22

Oyunun 10-cu dəqiqəsində qonaqlar hesabı açıblar. “Anderlext”in heyətində Yuri Tilemans komandasını hesabda irəli çıxarıb.

Lakin qonaqların sevinci cəmi dörd dəqiqə çəkib. Matçın 15-ci dəqiqəsində “Qəbələ” komandası oyunda tarazlığı bərpa edib. Rikardinyo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 1:1.

 

20:01

Bakı, 24 noyabr, Elşad Qəzvini, AZƏRTAC

Noyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Qəbələ” komandası bu mövsümdə sonuncu ev oyununu keçirir.

AZƏRTAC xəbər verir ki, “C” qrupunda mübarizə aparan təmsilçimiz “Bakcell Arena”da Belçikanın “Anderlext” klubu ilə qarşılaşır.

Ukraynalı referi Yevgeni Aranovskinin idarə etdiyi matçda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı (kapitan), Nika Kvekveskiri, Asif Məmmədov, Vitali Vernidub, Bagali Dabo, Filip Ozobiç, Rikardinyo, Teo Uiks, Rəşad Eyubov, Ürfan Abbasov və Rafael Santos yer alıblar.

Belçika təmsilçisinin ilk onbirliyində isə meydana Frank Boeks, Uroş Spayiç, Bram Nuytink, Dieqo Kapel, Frank Aşemponq, Yuri Tilemans, Lender Dendonker, İvan Obradoviç, Emanuel Soa, Nikolae Stansiu və Lukaş Teodorçuk çıxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.