İDMAN


Andre Qaysbuxler: Azərbaycanda gimnastikanın səviyyəsi çox yüksəkdir

Bakı, 24 iyul, AZƏRTAC

“Rio-2016” Yay Olimpiya Oyunlarında medallar uğrunda mübarizə aparmaq üçün Azərbaycan gimnastlarının səviyyəsi kifayət qədər yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Gimnastika Federasiyasının (FIG) baş katibi Andre Qaysbuxler deyib.

Onun sözlərinə görə, Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun təşkili haqqında yaxşı təəssüratları yaranıb: “Zala heyranam, burada Azərbaycan üslubunda gözəl dekorasiyalar var”.

Baş katib Azərbaycanda gimnastikanın yüksək səviyyədə inkişafını qeyd edərək deyib: “Azərbaycanda ənənəvi güclü bədii gimnastika var. Batut və idman gimnastikasında da böyük irəliləyiş görürəm. Ümumiyyətlə, düşünürəm ki, Azərbaycanda gimnastikanın səviyyəsi çox yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.