SİYASƏT


Andre Rişar: Azərbaycanda referendum Avropa standartlarına uyğun keçirilir

A+ A

Bakı, 26 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsini (referendum) müşahidə etmək üçün ölkəmizə gələn Fransa parlamentinin nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Fransa parlamenti nümayəndə heyətinin referendumla əlaqədar səsverməni izləməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib.

Səsvermənin beynəlxalq standartlara uyğun olaraq keçirilməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayan Milli Məclisin sədri deyib ki, min seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu da hər bir şəxsə səsvermənin gedişini onlayn izləməyə imkanı verir.

Nümayəndə heyətinin rəhbəri, senator, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar Azərbaycanda keçirilən referendumu müşahidə etməkdən məmnunluğunu bildirib. O deyib ki, referendumu müşahidə etmək üçün Fransa parlamentinin nümayəndələrinin bir çoxundan müraciət daxil olub.

A.Rişar vurğulayıb ki, gördükləri və eşitdikləri Azərbaycanda səsvermənin Avropa standartlarına uyğun keçirildiyini deməyə əsas verir. O, ümumiyyətlə Azərbaycanda seçki prosesinin yaxşı təşkil olunduğunu qeyd edib. Fransalı senator nümayəndə heyətinin əsasən məcburi köçkünlərin məskunlaşdıqları bölgələrdə olduğunu və həmin insanların seçki prosesində iştirakını izlədiklərini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.