DÜNYA


Andrey Babiş Avropada ən yaxşı maliyyə naziridir

A+ A

Praqa, 10 oktyabr, AZƏRTAC

“Emerging Markets” beynəlxalq jurnalının rəyinə görə, Çexiyanın maliyyə naziri Andrey Babiş Mərkəzi və Şərqi Avropa ölkələrinin maliyyə nazirləri arasında ən yaxşı maliyyə naziridir. Mükafata namizədlərə səsvermədə bankirlər, maliyyə ekspertləri, bir sıra maliyyə təsisatlarının nümayəndələri iştirak ediblər. Onların fikrincə, A.Babiş vəzifəsinin icrasına başlayandan sonra ölkənin borcunu azaltmağa imkan verən, iqtisadi artımı stimullaşdıran ölçülüb-biçilmiş və məsuliyyətli fiskal sıyasəti yeritməyə başlayıb.

Nazir nüfuzlu mükafatın verilməsini son illər çox yaxşı nəticələr nümayiş etdirən Çexiya Maliyyə Nazirliyinin fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.