DÜNYA


“Android Market” mağazasının dəstəklənməsi dayandırılacaq

Bakı, 21 iyun, AZƏRTAC

"Google" şirkəti "Android 2.1 Eclair" və əməliyyat sisteminin daha əvvəlki versiyaları üçün "Android Market" onlayn mağazasının dəstəklənməsinin dayandırılacağını rəsmən açıqlayıb. İyunun 30-dan etibarən əməliyyat sisteminin bu versiyaları ilə işləyən qurğu istifadəçiləri mağazaya daxil olmaq və oradan proqramlar yükləmək imkanından yararlana bilməyəcək.

AZƏRTAC "Ferra" resursuna istinadən xəbər verir ki, dəstəyin dayandırılması barədə istifadəçilərə əvvəlcədən bildiriş göndərilməyəcək.

Xatırladaq ki, "Android Market" 2012-ci ildə istifadəyə verilən "Google Play" mağazasını əvəz edir. "Android 2.1 Eclair" əməliyyat sistemi 2009-cu ilin oktyabrında buraxılıb. "Google Play" onlayn mağazası "Android 2.2 Froyo" və sistemin daha sonrakı versiyaları ilə işləyən qurğular üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.