DÜNYA


“Android One” proqramı üzrə yaradılan Sharp smartfonu təqdim edilib

Bakı, 6 iyul, AZƏRTAC

"Sharp" şirkəti "Android One" proqramı üzrə yaradılan yeni "Sharp X1" smartfon modelini təqdim edib.

AZƏRTAC "CHIP" resursuna istinadən xəbər verir ki, proqram çərçivəsində müxtəlif istehsalçılar "Google" şirkəti tərəfindən hazırlanan aparat və əməliyyat platformaları əsasında ucuz qurğular buraxırlar. Smartfon 1,4 QHs takt tezlikli səkkiznüvəli "Snapdragon 435" prosessoru, 3 giqabaytlıq operativ, 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib.

Məlumata görə, "Sharp X1" 1920х1080 piksel təsvir ölçülü 5,3 düym diaqonallı "IGZO" ekrana, eləcə də 16 meqapikselli ön, 8 meqapikselli arxa kameraya malikdir. Dördüncü nəsil "LTE" şəbəkəsini dəstəkləyən yeni qurğu, həmçinin barmaq izi skaneri, "Wi-Fi 802.11a/b/g/n/ac", "Bluetooth 4.2", "NFC" və "GPS" modulları və "USB Type-C" portu ilə təchiz olunub.

"Android 7.1 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun akkumulyator tutumu 3900 milliamper/saat təşkil edir. Bundan başqa, qurğunun korpusu su və toz keçirmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.