DÜNYA
“Android” mobil əməliyyat sisteminin ən populyar versiyası məlum olub
Bakı, 7 iyun, AZƏRTAC
“Marshmallow 6.0” əməliyyat sistemi ilk dəfə “Android” sistemi bazarında ən geniş yayılmış platforma adına layiq görülüb.
AZƏRTAC “3dnews.ru” saytına istinadən xəbər verir ki, hazırda “Marshmallow 6.0” versiyasının bazar payı 31,2 faiz təşkil edir. Son ayda bu göstərici dəyişməyib. Amma “Lollipop” (5.0 və 5.1) versiyasının bazar payı azalaraq 30,8 faiz təşkil edib. 18,1 faiz bazar payına malik “KitKat 4.4” versiyası ilk üçlükdə yerləşib.
Eyni zamanda, “Nougat 7.0” və “Nougat 7.1” versiyalarının mövqeyi möhkəmlənir: bir ayda bu versiyaların ümumi bazar payı 7.1-dən 9,5 faizədək artıb.
“IDC” ekspertlərinin fikrincə, 2017-ci ildə dünyada 1,52 milyard smartfon tədarük ediləcək. Analitiklərin proqnozuna görə, "ağıllı" mobil telefonların tədarük həcminin 85,1 faizi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]