İQTİSADİYYAT


“Android” sistemi ilə işləyən 900 milyon qurğu təhlükə altındadır

A+ A

Bakı, 9 avqust, AZƏRTAC 

“Qualcomm” şirkətinin prosessorları ilə təchiz edilmiş “Android” sistemli 900 milyon qurğu yeni təhlükə ilə üzləşib. AZƏRTAC “vesti.ru” saytına istinadla xəbər verir ki, “Check Point” şirkətinin ekspertləri tərəfindən aşkar edilmiş boşluqlar seriyası “Quadrooter” adlandırılıb. Bu boşluq kibercinayətkara qurbanın smartfonu və planşeti üzərində tam nəzarəti ələ keçirməyə imkan verir.

Araşdırmaya əsasən, cihaz “Qualcomm” çipi ilə təchiz edilibsə, “Android” mobil əməliyyat sisteminin istənilən versiyası boşluqlar qarşısında dayanıqsızdır. Haker istifadəçini aldadaraq zərərli proqram təminatını cihaza quraşdırmağa onu inandırmalıdır. Bundan sonra super istifadəçi hüququna sahiblənmiş haker qurğuda istənilən əməliyyatı yerinə yetirə bilər. Hətta iyunda dünyada ən təhlükəsiz smartfon kimi elan edilmiş “BlackBerry DTEK50” cihazı haker hücumuna qarşı dayanıqsızdır.

“Qualcomm” şirkəti boşluqları aradan qaldıran lazımi proqram təminatını çıxarıb. Amma “Google” şirkətinin nümayəndələri xəbərdarlıq ediblər ki, “Quadrooter” adlı boşluqlar seriyası “Android” sistemində yalnız sentyabrda tam aradan qaldırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.