DÜNYA


“Android” sistemində boşluqların aşkarlanması üçün pul mükafatının məbləği artırılıb

Bakı, 3 iyun, AZƏRTAC 

İnformasiya təhlükəsizliyi sahəsində müstəqil ekspertlərin "Android" mobil əməliyyat sistemində boşluqların aşkarlanmasını nəzərdə tutan "Android Security Rewards" proqramı çərçivəsində bundan sonra daha yüksək məbləğdə pul mükafatı təklif ediləcək. Belə ki, "Google" şirkəti hər aşkar edilən boşluğa görə 200 min dollar ödəməyə hazır olmasını açıqlayıb.

AZƏRTAC "Planet Today" resursuna istinadən xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, əvvəllər 50 min dollar təşkil edən maksimal mükafatı indiyədək heç informasiya texnologiyaları mütəxəssisi ala bilməyib və bu səbəbdən məbləğin artırılması qərara alınıb.

Məlumata görə, ekspertlər tərəfindən 50 min dollar əldə etmək üçün səhvin aşkarlanmamasına baxmayaraq, "Android Security Rewards" proqramı "Google" şirkətinə çoxlu kiçik və orta səviyyəli boşluqları aradan qaldırmağa kömək edib.

Qeyd olunur ki, proqramın istifadəyə verildiyi 2 il ərzində mükafat kimi milyon yarım dollar xərclənib.

Məsələn, ötən il "Google" mükafatını 115 nəfər alıb. Mükafatın orta məbləği təxminən 2 min dollara bərabər olub. Proqram "Android" sistemində boşluqların aşkarlanması üçün təsirli vasitə hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.