DÜNYA


“Android” sistemli qurğulara edilmiş hücumlardan dəymiş zərər il ərzində kəskin artıb

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC 

“Group-IB” şirkəti “Android” sistemi ilə işləyən qurğulara qarşı həyata keçirilmiş hücumların sayında rekord artım qeydə alıb. 2015-2016-cı illərdə istifadəçilər haker əməliyyatları nəticəsində 5 milyon dollardan çox vəsait itiriblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 471 faiz yüksəkdir. “CiberCrimeCon 2016” konfransında təqdim edilmiş şirkətin hesabatında belə məlumatlar əksini tapıb.

AZƏRTAC “therunet.com” saytına istinadən xəbər verir ki, hesabatda vurğulanıb ki, kibercinayətlərin həyata keçirilməsində əsas motiv bir qayda olaraq, puldur.

Hər gün 350 “Android” istifadəçisi haker qurbanı olur, onların hər biri orta hesabla 60 dollar itirir. Bu halda qeyd edilir ki, mobil qurğular üçün troyanlar, demək olar ki, fərdi kompüterlər üçün virusları geridə qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.