DÜNYA


“Android” tərtibatçıları boş yer çatışmazlığı problemini həll ediblər

Bakı, 8 avqust, AZƏRTAC

“Android 8” mobil əməliyyat sisteminin istifadəçiləri qurğunun yaddaşında boş yer olmadıqda belə yeniləməni yükləyə biləcəklər.

AZƏRTAC life.ru saytına istinadən bildirir ki, funksiya qurğudakı yaddaşın istifadəçi və sistem sektorlarına bölünməsi hesabına reallaşdırılıb. Daxili saxlancın texniki hissəsində həmişə lazımi boş sahə saxlanılacaq, bu da boş yer çatışmazlığı kimi problemin qarşısını alacaq.

İlk dəfə belə bölünmə hələ 2016-cı ildə istifadəyə verilmiş “Android” sisteminin yeddinci versiyasında peyda olub, ancaq sözügedən sistemdə bütün yeniləmələr əvvəlcə istifadəçi sektoruna yüklənir və yalnız bundan sonra sistemə köçürülür.

Gözlənildiyi kimi, yeni yanaşma yalnız dolmuş yaddaş kimi problemin qarşısını almayacaq, həm də sistem üçün yeni proqram təminatının quraşdırılma prosesini xeyli sürətləndirəcək.

“Android 8” əməliyyat sistemi (həmçinin “Android O” kimi tanınır) rəsmən mayın ortasında təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.