MƏDƏNİYYƏT


Ənənə və müasirliyi nümayiş etdirəcək sərgi

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Sentyabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Sənubər Səmədovanın “Ənənə və müasirlik” adlı fərdi rəsm sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirli və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə AZƏRTAC-a Sənubər Səmədova məlumat verib. Rəssam bildirib ki, sərgidə nümayiş olunacaq 50-dək sənət əsəri qrafika və dekorativ tətbiqi sənət növü janrlarında olacaq. Həmçinin, emosional hislərin rənglərlə ifadəsi sənət əsərlərinin əsas mövzusunu təşkil edir.

Qeyd edək ki, bu, Azərbaycan Dövlət Pantomima Teatrının baş rəssamı olan Sənubər Səmədovanın sayca üçüncü fərdi sərgisidir. Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.