Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ənənəvi məşğuliyyət növlərindən olan arıçılıq Azərbaycanda qədim tarixə malikdir

Ənənəvi məşğuliyyət növlərindən olan arıçılıq Azərbaycanda qədim tarixə malikdir

Bakı, 4 aprel, AZƏRTAC 

Azərbaycanda aqrar sektorda istehsalın inkişaf etdirilməsi, onun səmərəliliyinin yüksəldilməsi və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir. Ölkəmiz iqtisadi islahatların məzmununu daha da dərinləşdirərək yeni müstəviyə qədəm qoyub. Bu da öz növbəsində iqtisadiyyatın real sektorunda dinamikliyi yüksəldib, kənd təsərrüfatının aparıcı sahəyə çevrilməsinə münbit şərait yaradıb.

Dünyada genlərin transplantasiyası zamanınadək arıçılıqdan yalnız bal və mum alınırdısa, müasir dövrdə daha müxtəlif çeşidlərdə - arı zəhəri, vərəmum, yaxud “propolis”, arı südü, çiçək tozu, güləm və digər məhsullardan insanların sağlamlığının qorunmasında, xəstəliklərin müalicəsində, kosmik tədqiqatlarda, kosmetologiyada, habelə xalq təsərrüfatının bir sıra sahələrində istifadə edildiyi bir həqiqətdir. Ona görə də XX əsrdə xalq təbabətində yeni bir müalicə üsulu: arı məhsulları ilə müalicə - apiterapiya sürətlə inkişaf etməyə başlayıb.

AZƏRTAC Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun direktoru Allahverdi Seyidovun Azərbaycanda arıçılığın tarixi və inkişafı barədə məqaləsini təqdim edir:

Ənənəvi məşğuliyyət növlərindən olan arıçılıq qədim tarixə malikdir. Tarixboyu arıçılığın inkişaf etdirilməsinin əsas məqsədlərindən biri də insanları qiymətli pəhriz və müalicəvi qida məhsulu sayılan balla, xalq təsərrüfatını mumla, təbabəti arı zəhəri, arı südü və s. ilə təmin etməkdən ibarət olub. Arılar haqqında ilk və sadə məlumatlara qədim yunan alimi Aristotelin və digər alimlərin fikirlərində rast gəlsək də, bu sahənin ciddi öyrənilməyə başlanılması XVII əsrə təsadüf edir. Məsələn, ana arının yumurta qoyması haqqında ilk dəfə 1586-cı ildə İspaniya alimi De Torrez məlumat verib. Ç.Batler (İngiltərə) 1609-cu ildə erkək arı, Remnanton 1637-ci ildə işçi arının cinsi haqqında məqalə yazıb.

Azərbaycan torpaqlarının ibtidai insanların ən qədim yaşayış məskənlərindən olduğunu və arxeoloqların Azıx mağarasında apardıqları qazıntılar nəticəsində üzərində arı şəkli olan kasa (kuvşin) tapdığını nəzərə alsaq, bu ərazidə arıçılığın yaşı 150 min əvvələ təsadüf edir. Bu da o deməkdir ki, bizim əcdadlarımız balı nəinki tanımış, hətta ondan qida məhsulu kimi də istifadə etmişlər. Azərbaycanda bu sahənin inkişafı isə X-XII əsrlərdən başlayır. Bu dövrlərdə xaricə arıçılıq məhsullarından olan bal, mum və s. satılıb. Ölkəmizdə arıçılığın qədimliyi bir də onunla izah edilir ki, kifayət sayda yaşayış məntəqələrimiz və yerlər arı və onun məhsullarının adı ilə məşhurdur. Bu adların əksər hissəsi bu gün də qalmaqdadır. Gədəbəy rayonundakı Arıqıran və Arısu kəndlərini, Şahdağdan başlanğıcını götürən Arısu çayını buna misal göstərmək olar.

Gəncəbasarda - əzəmətli Qoşqar və Kəpəz dağlarının ətəklərində, Göygölün ətrafında, Hacıkənd meşələrində yerli əhali təbii iqlim şəraiti ilə əlaqədar arıçılıqla ilkin dövrlərdən məşğul olub. Nizami Gəncəvinin, eləcə də Gəncədə yazıb-yaratmış bir sıra sənətkarların əsərlərində, səyyahların, tacirlərin yol qeydlərində bu barədə maraqlı məlumatlar var.

Azərbaycan ərazisində tarixən qonur və boz rəngli arılar məskən salıblar. Həmin arılar dağ və dağətəyi bölgələrdə yayılmaqla mövsüm ərzində meşə, çəmən və otlaqlarda olan bitkilərin çiçəklərinin nektar şirəsindən qidalanırlar. Beləliklə, bu arılarda min illər ərzində bitkilərin xüsusiyyətlərinə xas olan uzun xortumluluq və eyni zamanda, çiçəklər arasında seçim etməmək əlaməti yaranıb ki, bu da onu başqa növ arılardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətlərdəndir.

Ölkəmiz dünyanın ən məhsuldar arılarından olan Boz dağlıq Qafqaz arısının vətənidir. Bu arı növü isə Qabaqtəpə arısının populyasiyasına həyat verib. Qabaqtəpə arısını Azərbaycanda ilk dəfə olaraq A.S.Skorikov (1927-ci il) Daşkəsən rayonunun Qabaqtəpə kəndi ərazisində aşkarladığı üçün həmin arıları Qabaqtəpə arıları adlandırıb. Bundan sonra Avropanın digər ölkələrində Gəncəbasar ərazisində yerləşən Qabaqtəpə arısına olan maraq artıb. Dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycanın alimləri və arıçıları həmin cins-populyasiyaların yetişdirilməsi və bütün dünyaya yayılması üzərində işləmişlər. Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionları arıçılığın qədim ocaqlarından sayılır. Həmin bölgələrin balverən bitkilərlə zəngin sahələri və əlverişli iqlimi vardır. Azərbaycan arıçılığı pətəklərin müxtəlifliyi – ağac, budaq, gil və samandan hazırlanan səbət və təknə pətəklərlə maraq doğurur.

XX əsrin 50-90-cı illərində Azərbaycanda arıçılıq dövlətə və arıçıların özlərinə gəlir gətirən inkişaf etmiş sahəyə çevrildi. Rəsmi məlumatlara görə, həmin dövrdə Azərbaycanda 10 mindən çox kənd sakini arıçılıqla məşğul olurdu. Demək olar ki, bütün kolxozların iri arıçılıq təsərrüfatları, 10 ixtisaslaşdırılmış arıçılıq sovxozu, Lənkəranda və Balakənddə ittifaq əhəmiyyətli arıyetişdirmə sovxozu fəaliyyət göstərirdi. Qabaqtəpə və Boz dağlıq Qafqaz ana arıları təkcə Rusiyaya deyil, dünyanın bir çox ölkələrinə aparılırdı. Ölkəmizdə arı ailələrinin sayı 300-450 minə çatırdı. Alimlər isə onların sayının 8-10 dəfə artırılmasını tövsiyə edirdilər. Onların fikrincə, Azərbaycanda mövcud olan 9 iqlim qurşağının balverən bitkilərlə zəngin ərazilərindən, habelə iqlim xüsusiyyətlərindən səmərəli istifadə edilməsi şərti ilə buna nail olmaq mümkündür.

Azərbaycan balı istər respublikamızda, istərsə də xaricdə yüksək qiymətləndirilir. Azərbaycanın misilsiz müalicəvi bal çeşidləri olan dağ may balı, sitrus meyvələrindən və cənubdakı dağ çəmənlərindən toplanmış Lənkəran balı, Lerikin cökə balı dünyada layiqincə qiymətləndirilib və qəbul olunub. XIX əsrin 70-80-ci illərində Şamaxı arıçılıq sovxozunun may balı dəfələrlə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində medallara layiq görülüb.

Danılmaz həqiqətdir ki, dövlətçiliyin təməlinin möhkəmləndirilməsində kənd təsərrüfatının canlandırılması xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin inkişafı isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə aqrar sektorda bir sıra proqramların ardıcıl həyata keçirilməsinə nail olundu. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2009-cu ildə “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində başlanmış işlər məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi iqtisadi proqramın məntiqi davamıdır. Regionlarda kənd təsərrüfatının, o cümlədən arıçılığın canlanması ölkənin ahəngdar inkişafının həyata keçirilməsi üçün mühüm strateji bir addımdır. Hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahənin daha da inkişaf etdirilməsi, müasirləşdirilməsi, həmçinin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi məqsədilə uğurlu tədbirlər həyata keçirilir. Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin müasirləşmə ilə bağlı parlaq ideyaları Prezident İlham Əliyevin tövsiyələri və tapşırıqlarına müvafiq olaraq kənd təsərrüfatında müvəffəqiyyətlə həyata keçirilir.

Bu sahədə geniş tədqiqat işləri aparan İpəkçilik İnstitutunun nəzdində arıçılıq laboratoriyası yaradılıb. İlk olaraq respublika üzrə arıçılığın vəziyyəti araşdırıldı və hər bir arıçının saxladığı arı populyasiyasına dair, həmçinin arıçının özü haqqında məlumatlar toplanılıb nəşr edildi. İnstitutun nəzdində 83 hektar ərazidə məqsəddən asılı olaraq bir neçə arıxananın təşkilinə və balverən özülün yaradılmasına da nail olunub. Burada respublikada Boz dağlıq Qafqaz və Sarı Qafqaz arı cinslərinin populyasiyaları hesab edilən və Azərbaycanın “arı brendi” kimi qəbul olunmuş Qabaqtəpə populyasiyası, həmçinin Gəncə, Şahdağ və Azərbaycan populyasiyaları toplanılıb və 50 pətəkdən ibarət arı genefondu bazasının təməli yaradılıb. Təbii ki, arının xəstəlik-zərərvericiləri də tədqiqatdan kənar qalmayıb.

Laboratoriyada bal arılarının tədqiqi ilə yanaşı, dünyada kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında geniş istifadə edilən Bombus arılarının Azərbaycanda yetişdirilməsinə dair işlərə də start verilib. Belə ki, məhsuldarlığı 15-20 faizədək artıran Bombus arılarının tozlaşdırıcı olaraq istifadəsi əkinlərdə, bağlarda bitkilərin barvermə nisbətini, meyvənin iriliyini, meyvədəki toxumların sayını və meyvə xüsusiyyətlərində sağlamlığı təmin edir. Arıçılığın inkişafına kömək məqsədilə Türkiyənin İsparta Meyvəçilik Stansiyasından bal arısının yem bazasını təşkil edən bitkilərdən sayılan lavantanın və digər bu kimi balverən bitkilərin Azərbaycana gətirilməsinə də başlanılıb.

Görülən işlər və həyata keçirilən tədbirlər bu sahədə uğurların davamlı olacağını deməyə əsas verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb