Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ənənəvi paradiqmanın iflasından sonra: xaos, yoxsa yeni nizamlılıq?

Ənənəvi paradiqmanın iflasından sonra: xaos, yoxsa yeni nizamlılıq?

İndi dünyanın bir çox analitiki qlobal səviyyədə geosiyasi qeyri-müəyyənliyin tüğyan etdiyini vurğulayırlar. Əslində, bu barədə bir neçə ildir ki, danışılır, ancaq bu dəfə söhbət daha dərin məqamlardan gedir. Mütəxəssislər bu kontekstdə əsas olaraq dövlətlərin qüdrətsizliyinin artmasını və onların daha dayanıqsız vəziyyətə gəlməsini qeyd edirlər. Sözsüz ki, kifayət qədər maraqlı qənaətdir. Çünki dünyanın taleyi ilə birbaşa bağlıdır. Lakin bu vəziyyətin uzun müddət davam etməsi bəşəriyyəti məhvə apara bilər. Bu aspektdə xilas yolu nədə görülür? Təəssüf ki, bu barədə danışan hələlik yoxdur. Ümid verən faktorlardan biri tarixdə buna bənzər situasiyaların olmasıdır. Bugünkü reallığa həmin prizmadan baxdıqda, insanlıq üçün bir fürsətin yarandığını deyə bilərik. Bununla yanaşı, etiraf etmək gərəkdir ki, ona nail olmaq ciddi nəzəri və praktiki fəaliyyət tələb edir. Yeni paradiqma formalaşdırmaq asan proses deyil!

25 il əvvəl verilmiş bir proqnoz: təsdiqlənir!

1990-cı ildə tanınmış şərhçilərdən Çarlz Krauthammer yazmışdı ki, SSRİ-nin dağılması ilə ABŞ dünyada istədiyini etmək şansı əldə edir ki, bu da təqribən 25 il çəkə bilər. Bu proqnoz demək olar ki, tam olaraq özünü doğruldub. Analitiklər Donald Trampın seçkidə qələbə qazanması ilə dünya siyasi sistemində köklü dəyişikliklərin başladığını ifadə edirlər. Bu baxımdan hesab edirlər ki, "Donald Trampın prezidentliyi siyasi tarixdə dönüş nöqtəsidir" (bax: məs.: Фёдор Лукьянов. США как источник непредсказуемости / "Россия в глобальной политике", 14 noyabr 2016).

Lakin bu yeni mərhələ bütün regionlar üçün ciddi təhlükələri meydana gətirə bilər. Çünki "beynəlxalq qeyri-sabitlik heç də birbaşa hərbi toqquşmalarla təhlükəli deyil, daha çox o (yəni qeyri-sabitlik – Newtimes.az), ölkələrin daxilinə nüfuz edir və onların dayaqlarını laxladır, dəqiq deyilsə, əsas çağırışlar dövlətlərin qüdrətsizliyi və dayanıqsızlığı ilə bağlıdır..." (bax: əvvəlki mənbəyə).

Milli dövlətçilik aspektində bu, kifayət qədər maraqlı qənaətdir. Söhbət ranqından asılı olmayaraq bütün dövlətlərin gələcək taleyindən gedir. Belə çıxır ki, qarşıdakı yaxın illərdə dünya ölkələri əsas olaraq dövlətçiliyin möhkəmlənməsi problemi ilə məşğul olmalı olacaqlar. Ancaq bu məsələdə "hər kəsin başına çarə qılması" prinsipi işləyəcək (bax: əvvəlki mənbəyə). Fyodor Lukyanovun təbirincə desək, "..."kim bacarırsa, xilas olsun" fəlsəfəsi qlobal siyasətin leytmotivinə çevrilir" (bax: əvvəlki mənbəyə).

Əgər rusiyalı analitikin son tezisi düzgündürsə, onda həqiqətən də dünyanı ciddi geosiyasi silkələnmələr gözləyir. Onu da xatırladaq ki, Frensis Fukuyama bir neçə il əvvəl yazdığı əsərdə beynəlxalq miqyasda qeyri-müəyyənliyin artmasında əsas səbəb kimi əksər dövlətlərin zəifliyini göstərmişdi (bax: Francis Fukuyama. State-Building: Governance and World Order in the 21st Century. Cornell University Press, 2004, 160 p.). İndi bu nəticəni digər mütəxəssislər də təsdiqləyirlər, çünki dünyada baş verən geosiyasi proseslər praktiki səviyyədə onu nümayiş etdirir.

Bununla da analitik və ekspertlər qlobal miqyasda qeyri-sabitliyin dərinləşdiyini deməklə yanaşı, hesab edirlər ki, təhlükə dövlətlərin daxilinə sürətlə sirayət edir. Bu dağıdıcı faktorlar hansılardır? İlk olaraq terrorun adı çəkilir. Müxtəlif regionlarda radikal düşüncəli kütlənin formalaşdığından bəhs edilir. Bu insanlar artıq əvvəlki qaydalar çərçivəsində yaşamaq istəmirlər. Onların fərqli həyat tərzi keçirməsi qarşısında başlıca əngəl isə dövlətin qoyduğu məhdudiyyətlərdir. Həmin səbəbdən aqressiya öncə dövlətlərə qarşı yönəlir.

Başqa faktor kimi əsasən Qərb ölkələrində cəmiyyətlərin elitaya inamının sürətlə azalmasını göstərmək olar. Məsələnin bu tərəfi haqqında ABŞ-da D.Tramp seçkini qazandıqdan sonra daha əminliklə danışmağa başlayıblar. Respublikaçı namizədin məhz Amerika siyasi elitasına əhalinin əksər hissəsinin inamsızlığı hesabına prezident ola bildiyini vurğulayırlar. Eyni halın Qərbin digər ölkələrində də müşahidə edildiyini demək mümkündür. "Brexit" onlardan yalnız birinin təzahürü idi.

Etiraf edək ki, bu məqam kifayət qədər təhlükəli tendensiyadan xəbər verir. Əgər Qərbdə bu proses inkişaf etsə, həmin geosiyasi məkanda dövlətçiliyin qeyri-sabitliyə bürünəcəyini proqnozlaşdırmaq çətin deyil. Bu isə şübhəsiz ki, böyük bir geosiyasi məkanda xaosun baş alıb getməsi deməkdir. Dünyanın başqa regionlarına həmin prosesin təsirinin güclü ola biləcəyinə də inam vardır. Deməli, hər kəsin ayrı-ayrılıqda xilas olması tendensiyası dövrün leytmotivi olursa, bəşəriyyət faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qalır.

Xilasedici paradiqma: tarixi təcrübə və konstruktiv dialoq müstəvisində

Burada mütəxəssislərin hansı səbəbdən dövlətlərin birgə qeyri-sabitliyə qarşı mübarizə apara bilməyəcəyi barədə fikir bildirməsi maraq doğurur. Nəyə görə ümumi təhlükəyə qarşı hamı birləşməsin? Görünür, bunun əsas səbəbi sadə əhalinin dünyanın inkişaf etmiş dövlətlərindəki siyasi qüvvələrə inamının olmaması ilə bağlıdır. Və burada əsas rolu yenə ABŞ oynayır. Çünki məhz bu ölkədə gözlənilmədən vətəndaşlar siyasi elitaya qarşı böyük inamsızlıq ifadə etdilər. Bununla Amerika özü də istəmədən "qlobal qeyri-müəyyənliyin ən ciddi faktorlarından birinə çevrildi" (bax: əvvəlki mənbəyə). Məsələni qəlizləşdirən bir məqam da Amerikada əhalinin demək olar ki, yarısının D.Trampı prezident kimi qəbul etmək istəməməsidir. Deməli, bu ölkədə qarışıqlıq arta və geniş miqyas ala bilər. Amerikanın dünya siyasətində bu cür zəifləməsi isə digər dövlətlərə də mənfi təsir göstərəcək.

Bunlardan belə bir nəticə əldə etmək olar ki, dünya siyasətində özünü göstərən qeyri-müəyyənlik qlobal sabitsizliyi dərinləşdirə bilər. Onun reallaşması halında isə regionlarda antidövlətçi qüvvələrin fəallaşması mümkündür. Onlar ilk növbədə dövlətin əsaslarını sarsıtmağa cəhd göstərə bilərlər. Çox güman ki, bu zaman əsasən gənclərdən istifadə etməyə çalışacaqlar. Nəticədə, müəyyən qruplar dövlət təsisatlarını ələ keçirmək xülyasına düşərlər ki, bu da kifayət qədər ciddi təhdiddir.

Beynəlxalq hüquq sisteminin çökməsinin fəsadlarından biri də təcavüzkar dairələrin əl-qolunun açılması olar. Ermənistan kimi dövlətçiliyi onsuz da zəif olan ölkələr tamamilə xaos mənbəyinə çevrilə bilərlər. Onlar ayrı-ayrı separatçı və radikal qrupların təsiri altına düşməklə regionda qarışıqlıq yaratmağa çalışarlar. Bu cür vəziyyət beynəlxalq təşkilatların tam gücü ilə işləyə bilmədiyi bir mərhələdə daha qorxulu problemləri meydana gətirər.

Eyni proqnozu başqa regionlarda olan və təcavüzkarlığı ilə seçilən ölkələrlə bağlı da vermək mümkündür. Belə çıxır ki, qeyri-sabitlik zəncirvarı olaraq bütün dünyaya yayıla bilər. Bəs bu vəziyyətdən çıxış yolu kimi nə təklif edilir? Çox maraqlıdır ki, mütəxəssislər yalnız mənzərəni təhlil edir, ancaq xilas yolunu göstərmirlər. Bunun səbəbi üzərində düşünməyə dəyər. Çünki necə ola bilər ki, insanlar dərk edə-edə, bütövlükdə bəşəriyyətin məhvinə seyrçi qalsınlar? Bu, mümkün deyil. Deməli, burada başqa məqamlar mövcuddur.

Məsələ ondan ibarətdir ki, hələ də böyük dövlətlər dünya liderliyi iddiasından əl çəkməyiblər. Onlar haradasa, vəziyyətin sabitlikdən çıxa bilməsini razılıqla qarşılamağa meyillidirlər ki, sonra "bulanıq suda balıq tuta bilsinlər". Bu da çox risklidir, ona görə ki, söhbət ümumən dünyanın taleyindən, ölüm-qalım məsələsindən gedir. Bu səbəbdən hansısa konstruktiv ideya təklif edilməlidir. Əslində, ənənəvi geosiyasi paradiqma dəyişsə də, dünya sistemi yeni vəziyyətə keçsə də onun tamlığını saxlaya biləcək mexanizmlər mövcuddur. Burada əsas faktorun dialoq olduğunu demək mümkündür. İqtidarlar bir-birini nə qədər qəbul etməsələr də, son olaraq dünyanı yalnız hamılıqla xilas etmək mümkündür. Deməli, yeni xilas paradiqması yaradılmalıdır. Onun cizgiləri, təəssüf ki, hələlik heç nəzəri səviyyədə belə işlənməyib. Ən qorxulu məqamın bundan ibarət olduğunu düşünürük.

Yaranmış vəziyyətə başqa bucaq altında baxdıqda, ümumi səviyyədə qlobal siyasətin mürəkkəbləşməyə meyilləndiyini söyləyə bilərik. Bu isə qloballaşma prosesinin birbaşa nəticəsidir. O halda indi müşahidə olunan tendensiyalar, əslində, antiqloballaşma xarakterlidir. Həmin kontekstdə inteqrasiyanın zəifləməsi və unikallığın güclənməsi dünya üçün bir fürsət faktoruna çevrilə bilərmi? Bəşər tarixində buna bənzər nümunələr varmı?

Maraqlı bir fakt yada düşür: Avropada yeni dövr, orta əsr kollektivçiliyinin (inteqrasiyanın) bu vəziyyətdən narazı əhalinin etiraz dalğası əsasında dağılması ilə meydana gəlmədimi? O zaman da feodal dövlət quruluşu tərəfdarları fəlakətdən, dövlətçiliyin məhv olmasından danışırdılar. Lakin şəhər meşşanları o dərəcədə gücləndilər ki, fərqli tarixi proseslərin reallaşması baş verdi. İndi Qərbin siyasi elitalarına qarşı olan qüvvələrin tarixdə yeni dövlətçilik ənənəsini yarada bilməyəcəyini nəyə görə demək olar? Deməli, indiki qeyri-sabitlik gələcək yeni nizamın əsası ola bilər. Bunun fəlsəfəsi və geosiyasi-nəzəri izahı genişdir və ayrıca yanaşma tələb edir.

Newtimes.az

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək