REGİONLAR


Ənənəyə çevrilən kitab bayramları mütaliəyə diqqətin artmasında mühüm rol oynayır

Şəki, 24 may, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan qədim dövrlərdən öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb. Kitabxanalar xalqımızın milli sərvətidir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, nəsildən-nəslə çatdırılmasında, cəmiyyətin intellektual və mənəvi potensialının artırılmasında kitabxanalar əvəzsiz rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə mayın 24-də Şəki şəhərində keçirilən “Xalqa həsr olunmuş ömür” mövzusunda IX Kitab bayramında səsləndirilib.

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər rəhbərliyi, ziyalılar, kitabsevərlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər mədəniyyətimizin hamisi kimi tanınan Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb, bilik mənbəyi olan kitabın geniş təbliğində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd olunub ki, kitab insan şüuruna, onun mənəvi aləminə, cəmiyyətin tərəqqisinə çox müsbət təsir göstərir. Artıq ənənəyə çevrilən kitab bayramları kitaba, mütaliəyə diqqətin artmasında mühüm rol oynayır.

Bildirilib ki, mərkəzi kitabxana və 61 kitabxana filialını özündə birləşdirən Şəki şəhər MKS-in fondlarında hazırda 557 mindən çox kitab var. Fondda olan kitabların 117 min 291 nüsxəsini latın, 440 min 463 nüsxəsini isə kiril qrafikalı ədəbiyyat təşkil edir. Elektron nəşrlərin sayı 1470 ədəddir.

Sonra bayram iştirakçıları şəhər MKS tərəfindən təşkil edilmiş kitab sərgiləri ilə tanış olublar.

Kitab bayramı bədii proqramla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.