DÜNYA
Angela Merkel Berlin parlamentinə seçkilərin nəticəsindən məyus olub
Bakı, 19 sentyabr, AZƏRTAC
Almaniya kansleri Angela Merkel Berlin parlamentinə seçkiləri şərh edərkən nəticələrin qənaətbəxş olmadığını və məyusluq doğurduğunu bildirib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Xristian-Demokratik İttifaqı Partiyası əvvəlki seçkilərlə müqayisədə daha 6 faiz səs itirib. Kanslerin sözlərinə görə, artıq “böyük koalisiya” çoxluğu təmsil etmir və bu, çox acınacaqlıdır. Eyni zamanda, Merkel sədri olduğu partiyanın seçkilərdə uğursuz iştirakının məsuliyyətini də öz üzərindən atmayıb.
Kansler, həmçinin Xristian-Demokratik İttifaqının Almaniyaya islam dini mənsublarının girişini məhdudlaşdırmayacağını bildirib.
Qeyd edək ki, Berlində keçirilən parlament seçkiləri Angela Merkelin hakim koalisiyasının çoxluğu itirməsi ilə nəticələnib. Onlar əsasən də paytaxt parlamentinə daxil olan “Almaniya üçün alternativ” partiyası kimi rəqiblərin güclənməsi fonunda səslərini itirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]