DÜNYA


Angela Merkel: Siyasi qərarı sürətləndirmək üçün “Taliban” hərəkatı ilə danışıqlar aparmaq lazımdır

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

Əfqanıstanda siyasi qərarı sürətləndirmək üçün “Taliban” hərəkatı ilə danışıqlar aparmaq lazımdır.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun Varşavada keçirilən sammitinin yekun mətbuat konfransında Almaniya kansleri Angela Merkel bildirib.

Xatırladaq ki, son zamanlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Bəzi ətraf rayonlarda xeyli ərazini ələ keçirən “Taliban” böyük şəhərlər istiqamətində hücumlarını genişləndirir. Ölkənin şimalındakı Qunduz şəhərində nəzarətə yiyələnən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administrativ mərkəzi uğrunda döyüşlər aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.